Xankəndi. Trend:
Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin yaradılmasında məqsəd tibb təhsilinin, tibbi tədqiqatların və xidmətlərin göstərilməsi sahəsində bacarıqları inkişaf etdirməkdir.
Trend-in yerli müxbiri xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda konfransda altı ölkədən 70-dən çox iştirakçı var:
"İstəyimiz budur ki, müasir və aparıcı təcrübələrdən faydalanaraq Qarabağ Universitetində tibb fakültəsinin qurulması istiqamətindəki fəaliyyətlərimizi gücləndirək və yaşadığımız bölgədə tibb xidmətləri göstərək".
Rektor gələcək məqsədlərdən də danışıb:
"Gələcək məqsədlərə tədris prosesinin və tibb təhsili sahəsində kkurikulumların məzmununun qurulması, istifadə olunacaq tibbi texnologiyaların müəyyənləşdirilməsi, gələcəkdə aparılacaq tədqiqatları təyin etmək aiddir".