...

Azərbaycan enerji sektorunda süni intellektin tətbiqi ilə bağlı layihələr həyata keçirir - İcraçı direktor

Cəmiyyət Materials 11 Aprel 2025 10:57 (UTC +04:00)
Azərbaycan enerji sektorunda süni intellektin tətbiqi ilə bağlı layihələr həyata keçirir - İcraçı direktor
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dünya İqtisadi Forumu ilə birlikdə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda süni intellektin tətbiqi ilə bağlı layihələr həyata keçirir.

Trend xəbər verir ki, bunu bu gün Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov ADA Universitetində keçirilən 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumunda çıxış edərkən deyib.

O bildirib ki, hazırda biz Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçiririk.

"Azərbaycan Dünya İqtisadi Forumunun Süni İntellekt Alyansının üzvüdür. Biz müxtəlif sahələrdə, o cümlədən enerjidə süni intellektdən istifadə layihələri üzərində işləyirik, həmçinin çağrı mərkəzlərində süni intellektdən istifadə edirik”, - deyə icraçı direktor əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti