Bakı. Trend:
Xəbər verdiyimiz kimi, yağışlı hava ilə əlaqədar paytaxtın bir sıra yollarında müəyyən çətinliklər yaranıb.
Trend xəbər verir ki, nəqliyyat iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bağırov körpüsündə hərəkət dayandırılıb.
Təxirəsalınmaz işlərin görülməsi üçün əraziyə Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin texniki və canlı qüvvəsi cəlb edilib.
Yığılan yağış sularının çəkilməsi və hərəkətin bərpa edilməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilir.
Körpüdə məhdudiyyətin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.