...

Dünən aşkarlanan silah-sursatın sayı açıqlandı

Cəmiyyət Materials 17 Aprel 2025 10:48 (UTC +04:00)
Dünən aşkarlanan silah-sursatın sayı açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 5 tapança, 15 tüfəng, 28 patron darağı və 355 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətin məlumat verilib.

Bildirilib ki, Nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti