...

Ziya Bünyadov prospektində təmir işləri aparılır

Cəmiyyət Materials 19 Aprel 2025 21:15 (UTC +04:00)
Ziya Bünyadov prospektində təmir işləri aparılır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 20-də Bakı şəhərində Ziya Bünyadov prospektinin bir hissəsində təmir işləri aparılacaq.

Trend xəbər verir ki, təmir işləri “Koroğlu” metro stansiyası istiqamətində “Çermet” körpüsündən tünelin girişinə qədər olan hissədə həyata keçiriləcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələri xahiş olunur”, - deyə AAYDA-dan bildirilib.

Xəbər lenti

Xəbər lenti