...

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2025 13:31 (UTC +04:00)
Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Babək Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Babək rayonu ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Qeyd edilir ki, nəqliyyat vasitəsini idarə edən Ş.Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. Ş.Məmmədov barəsində protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti