...

Dövlət qulluğunun müsahibə mərhələsində müqaviləli işçilərə üstünlük verilir – Deputat

Cəmiyyət Materials 22 Aprel 2025 12:17 (UTC +04:00)
Dövlət qulluğunun müsahibə mərhələsində müqaviləli işçilərə üstünlük verilir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatasında dövlət qulluğuna qəbul olduqca şəffaf keçirilib. Mən düşünürəm ki, bunun digər orqanlara da tətbiq edilməsi vacibdir. Çünki hər bir qurumun əsas işi peşəkarlıq səviyyəsi ilə, orada dövlət qulluğunda olan insanların öz vəzifə məsuliyyətini dərk etməsi ilə bağlıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, həm müsabiqənin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinat mərhələsində kifayət qədər çatışmazlıqlar var:

“Bir çox hallarda bu müsahibələr formal xarakter daşıyır. Bunun kökündə dayanan əsas məsələ müqaviləli işçi himayədarlığı problemidir. Orqan rəhbərlərinin belə qanunsuzluqlara cəhd etməsinin qaşrısında əsas məqsəd həmin saxta və qeyri-leqal yollarla xüsusi tanış və tapşırıqla vəzifiləri ələ keçirən müqaviləli şəxsləri saxlsamaqdır. Təsəsvvür edin ki, şəxs müsabiqədə qalib gəlir, ən yüksək bal taplayır və müsahibədə müqaviləli şəxslərə uduzur. Ömrünü, günü həsr edib dövlət qulluğunda yer almağa çalışan bir vətəndaş bu mərhələni aşa bilmir. Hesablama Palatası özünün təsdiq etdiyi bu meyarları, prinsipləri təbliğ etməlidirlər ki, başqa qurumlar da buna əməl etsin. Milli Məclis də də bu şəffaflıq təmin ediliyinə görə kifayət qədər keyfiyyətli kadrlar Aparatda təmsil oluna bildilər.

Deputat sözügedən məsələ ilə bağlı təkliflərini də səslənirib.

“Mən təklif edirəm ki, maraqlı orqanın təmsilçiləri komissiyadan çıxarılmalıdır, buraya tamamilə neytral insnalar cəlb edilmlidir. Ehtiyat kadrların təyinatı məsələsində də iki illik müddət bir də nəzərdən keçirilməlidir. Adamı ehtiyata salırlar, sonra iki il iş də vermirlər, yaxşı olardı ki, bu səlahiyyət DİM-ə verilsin, vakant yerlər olduqda müvafiq dövlət qurumuna göndərilsin”, - deyə F.Mustafa qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti