...

Vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edilən qurumların SİYAHISI

Cəmiyyət Materials 22 Aprel 2025 16:31 (UTC +04:00)
Vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edilən qurumların SİYAHISI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

22 aprel 2025-ci il tarixində 6 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatlarına uyğun olan 9 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin ikinci təsnifatına, 2-si inzibati vəzifələrin üçüncü təsnifatına, 6-sı dördüncü təsnifatına aiddir.

Siyahıda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (3 vəzifə üzrə 3 yer), Elm və Təhsil Nazirliyi (1 vəzifə üzrə 1 yer), Mədəniyyət Nazirliyi (1 vəzifə üzrə 1 yer), Energetika Nazirliyi (2 vəzifə üzrə 2 yer), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (1 vəzifə üzrə 1 yer), Naxçıvan Muxtar Respublikasının Ali Məclisi (1 vəzifə üzrə 1 yer) yer alıb.

"Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 22 aprel 2025-ci il tarixindən 6 may 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər",- deyə məlumatda qeyd edilib .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti