...

Azərbaycanda tələblərə cavab verməyən çox sayda kombi sistemi satılır – Deputat

Cəmiyyət Materials 23 Aprel 2025 15:14 (UTC +04:00)
Azərbaycanda tələblərə cavab verməyən çox sayda kombi sistemi satılır – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Köhnə tikililəri onsuz da bərpa edə bilmirik, MTK-lar at oynadırlar, insanlar sanki evlərdə kirayəşin kimi yaşayırlar. MTK-lar sakinlərə faktiki olaraq müstəqillik verməyiblər.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda satışda olan tələblərə cavab verməyən çox sayda kombi sistemləri var.

"Tikinti, inşaat məhsulları satılan mağazalara, bazarlara baxsaq, görərik ki, kombi sistemlərinin biri İrandan, biri Almaniyadan, biri Çindən, biri Türkiyədən gəlir, lakin standratlara cavab vermir. Onu quraşdıranda da hədsiz dərəcədə sərfiyyata gətirib çıxarır. Vətəndaşları da ən çox narahat edən odur ki, necə ola bilər ki, eyni tələblərə cavab verən kombi sistemi müxtəlif evlərdə fərqli sərfiyyata sahib olur. İsitilik avadanlıqlarına da nəzarət gücləndirilməlidir. Həmin məhsullar gömrükdən hansı yollarla keçir, bazarlarda satışa çıxarılır? Heç bir nəzarət də yoxdur”, - deyə millət vəkili qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti