Bakı. Trend:
Növbəti dəfə nə vaxtsa Konstitusiyaya dəyişikliklər olarsa, təklif edərdim ki, bəzi normalar bu sənədə gətirilməməlidir.
Trend xəbər verir ki, bunu “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişiklik praktikada problem yaradır.
“Sənədə əsasən, 15 yaşınadək uşaqlarla əmək müaviləsi bağlana bilməz. Lakin idmanın elə növləri var ki, məsələn, bədii gimnastika, film çəkilişi və digər məsələlərdə uşaqlar uşaqlar əməyə cəlb edilə bilərlər. Amma Konstitusiya bunu qadağan edir. Bu Əmək Məcəlləsinin predmetidir”.