...

Milli qanunvericilikdə islahat tədbirləri cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır - Səhiyyə naziri

Cəmiyyət Materials 5 May 2025 10:11 (UTC +04:00)
Milli qanunvericilikdə islahat tədbirləri cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır - Səhiyyə naziri
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, yaradılmış əlverişli biznes mühiti, cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır.

Trend xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazisində yaradılan xüsusi iqtisadi zonalarda müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş əczaçılıq müəssisələri qurulur, xarici tərəfdaşlarla birgə əczaçılıq müəssisələrinin təsis edilməsinə dair əməkdaşlıq müqavilələri imzalanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti