...

Azərbaycan dili və ədəbiyyatı və biologiya fənləri üzrə RFO qalibləri elan edildi

Cəmiyyət Materials 5 May 2025 16:58 (UTC +04:00)
Azərbaycan dili və ədəbiyyatı və biologiya fənləri üzrə RFO qalibləri elan edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dili və ədəbiyyatı və biologiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının qalibləri elan edilib.

Trend xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.

Şagirdlər 6 may tarixindən etibarən portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələrlə tanış ola bilərlər.

Müvafiq fənlər üzrə qaliblərin nəticələri ilə aşağıdakı cədvəllərdən tanış ola bilərsiniz:

Azərbaycan dili və ədəbiyyatı (aşağı yaş qrupu)

Azərbaycan dili və ədəbiyyatı (yuxarı yaş qrupu)

Biologiya (aşağı yaş qrupu)

Biologiya (yuxarı yaş qrupu)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti