Bakı. Trend:
27 aprel tarixində keçirilən Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib.
Trend xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, şagirdlər nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turu 31 may tarixində təşkil ediləcək. Lütfi Zadə olimpiadasında şagirdlər 25 qapalı sual üzərindən biliklərini nümayiş etdirəcəklər. Məktəblilərarası fənn müsabiqələrində isə şagirdlərə 15 açıq tipli sual təqdim ediləcək.
Qeyd edilib ki, yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.