...

Sığortaolunanlar üçün xəstəlik vərəqələri rəqəmsallaşıb

Cəmiyyət Materials 15 May 2025 09:31 (UTC +04:00)
Sığortaolunanlar üçün xəstəlik vərəqələri rəqəmsallaşıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

01.05.2025 tarixindən etibarən sığortaolunan şəxslər üçün xəstəlik vərəqələri yalnız elektron sənəd formasında tərtib edilir.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu sənədlər Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən hazırlanır və Dövlət Sosial Müdafiə Fondunun ƏMAS altsisteminə birbaşa elektron qaydada ötürülür.

"Kağız daşıyıcıda xəstəlik vərəqələrinin təqdim olunmasına ehtiyac qalmır.

Proses daha sürətli, şəffaf və əlçatan şəkildə həyata keçirilir", - qurumdan qeyd edilib.

Xəbər lenti

Xəbər lenti