Bakı. Trend:
Ölkədə “yaşıl enerji” keçidinə məsul olan Energetika Nazirliyində çalışan əməkdaşların 47%-i qadınlar təşkil edir.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Bildirilib ki, bu qurumda çalışan 93 qadından 15-i rəhbər vəzifələr tutur.
Vurğulanıb ki, Azərbaycanın beynəlxalq öhdəliklərindən və ölkə qanunvericiliyində müəyyən edilmiş vəzifələrdən irəli gələrək gender bərabərliyinin təmini sahəsində “Azərbaycan Respublikasında Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanıb.
Milli Fəaliyyət Planının əsas prioritet istiqamətlərindən biri İqlim dəyişiklikləri ilə mübarizə sahəsində gender bərabərliyinin nəzərə alınmasıdır.