...

“Teleport” MMC 5 min manat cərimələndi

Cəmiyyət Materials 21 May 2025 17:52 (UTC +04:00)
“Teleport” MMC 5 min manat cərimələndi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Teleport” MMC-nin 5000 manat cərimə edilməsi ilə bağlı qərar qüvvədə saxlanılıb.

Bu barədə Trend-ə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, “Media haqqında” Qanuna uyğun olaraq lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. 2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək Audiovizual Şuranın mütəxəssisləri operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxış həyata keçirmiş, müvafiq monitorinq işləri aparıblar.

Aparılmış monitoriqlər nəticəsində 20 platforma operatoru barədə inzibati xəta haqqında protokollar tərtib edilib və müvafiq məhkəmələrə göndərilib. Qeyd olunan məhkəmələrin qərarlarına əsasən həmin operatorların hərəsi 5000 manat cərimə olunub.

Yalnız Nəsimi Rayon Məhkəməsinin 12 mart tarixli qərarı ilə Audiovizual Şuranın “Teleport” MMC barədə tərtib etdiyi inzibati protokola xitam verilib. Bununla bağlı Audiovizual Şura Bakı Apellyasiya məhkəməsinə şikayət verib və həmin məhkəmənin 24 aprel 2025-ci il qərarı ilə ilk instansiya məhkəməsinin qərarı ləğv edilərək “Teleport” MMC-nin 5000 manat cərimə edilməsi ilə bağlı qərar qəbul olunub. Qeyd olunan qərar qətidir və ondan şikayət verilə bilməz.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək və nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti