...

Elm və təhsil naziri ICESCO-nun baş direktoru ilə görüşüb

Cəmiyyət Materials 22 May 2025 23:55 (UTC +04:00)
Elm və təhsil naziri ICESCO-nun baş direktoru ilə görüşüb

Bakı. Trend:

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə nümayəndə heyəti ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik və Təhsil sektorunun rəhbəri Haddy Jatou Sey ilə görüşüb.

Görüşdə elm və təhsil sahələrində mövcud əməkdaşlıq məsələləri müzakirə olunub, bu istiqamətlərdə birgə təşəbbüslərin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti