...

Ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa qəbul şərtləri dəyişir

Cəmiyyət Materials 23 May 2025 12:09 (UTC +04:00)
Ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa qəbul şərtləri dəyişir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə orqanlarına qulluğa qəbulun şərtləri və qaydalarında dəyişiklik edilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslər ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilirlər, onlar üçün stajorluq və sınaq müddəti müəyyən edilmir, həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla ədliyyə orqanlarında daimi qulluğa qəbul edilirlər.

Təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər üçün yuxarıda nəzərdə tutulan bütün şərtlər aradan qaldırılır.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti