...

Laçında "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışlarının qalibləri müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 23 May 2025 18:39 (UTC +04:00)
Laçında "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışlarının qalibləri müəyyənləşib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Laçın rayonunda yerləşən ümumi təhsil müəssisələrinin iştirakı ilə "Konstitusiya və suverenlik ili"nə həsr olunan müxtəlif idman növləri üzrə yarışlar keçirilib.

Trend xəbər verir ki, yarışlar Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Futbol, voleybol, dama, kəndirlə mübarizə və basketbol idman növləri üzrə təşkil olunan yarışlarda Laçın şəhəri 2 nömrəli, Ədalət Məmmədov adına Zabux kənd və Sus kənd tam orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Qeyd edək ki, yarışların sonunda qalib komandalar medal və diplomlarla təltif olunublar.

Xəbər lenti

Xəbər lenti