...

Braziliyanın televiziya verilişində Azərbaycana həsr olunan xüsusi reportaj yayımlanıb (FOTO)

Cəmiyyət Materials 24 May 2025 21:07 (UTC +04:00)
Braziliyanın televiziya verilişində Azərbaycana həsr olunan xüsusi reportaj yayımlanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 ərəfəsində Azərbaycana səfər etmiş Braziliyanın məşhur “O Globo” xəbər agentliyinin müxbirlərinin ölkəmizə həsr olunmuş 2 hissədən ibarət xüsusu reportajı 16 və 23 may tarixlərində geniş yerli auditoriya üçün ən prestijli səhayət verilişi olan “Globo Repórter”-in növbəti seriyası kimi yayımlanıb.

Azərbaycan Respublikasının Braziliya Səfirliyindən Trend-ə verilən məlumata görə, hazırlanmış reportaj o qədər həcmli və maraqlı idi ki, onu iki verilişdə verilməsi qərarına gəlinmişdir. Bir neçə Avropa və Asiya ölkələri barədə reportajlar tək bir verilişlə yayımlanıb. Bu iki proqramda TV Globo-nun Londondakı müxbiri, Murilo Salviano özünün qeyd etdiyi kimi “Kökü odda olan, Avropa ilə Asiyanı birləşdirən, sərvət və sirlərlə dolu bir diyar - Azərbaycan”ın paytaxtı Bakı, habelə Şəki, Gəncə, Basqal kimi bölgələrimizə səyahət etmiş və xalqımızın adət-ənənələrini, mədəniyyətini, müasirliyini, tolerantlığını, inkişafını və zəngin ləzzətlərini ortaya qoyub.

Xüsusi reportajda müxbir YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçəri Şəhər, həmçinin Qobustan və Şahdağ milli parkları, Şəki Xan Sarayı, o cümlədən palçıq vulkanı, muğam sənəti, baramaçılıq və ipəyin əldə edilməsi, kəlağayı hazırlanması və milli mətbəximizin ləziz təamları barədə izləyicilərə ətraflı məlumat verib.

Veriliş Braziliya ictimaiyyətində geniş marağa səbəb olmuş, reportaj bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə yayılmışdır. 50 yaşı (irsi) olan bu veriliş Braziliyada ən çox izlənilən proqramdır. Həftənin sonunda efirə verilən bu veriliş faktiki olan minlərlə ailəni ekran başına yığır, braziliyalıların xaricə turistik istiqamətləri seçməsində yardımçı olur və onları səyahət etməyə sövq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti