Bakı. Trend:
Bizim üçün doğma yurdumuza qayıtmaq ən böyük sevincdir.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Çiçək Babayeva deyib.
Onun sözlərinə görə, bu günü çox böyük ümidlərlə gözləyib.
"Prezidentimizin uzaqgörən siyasəti nəticəsində çox şükürlər olsun biz doğma yurda qayıdırıq. Azərbaycanın hər yeri bizə əzizdir. Lakin insanın doğulub, boya-başa çatdığı, məktəbə getdiyir yer daha doğmadır. Allah şəhidlərimizə rəhmət eləsin, analarının əllərindən öpürəm, qazilərimizə cansağlığı versin. Onların göstərdiyi o məharətlər sayəsində bi gün biz doğma torpağa qayıdırıq",- deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.