...

Laçında bütün dövlət qurumlarının fəaliyyəti bərpa olunub

Cəmiyyət Materials 28 May 2025 09:41 (UTC +04:00)
Laçında bütün dövlət qurumlarının fəaliyyəti bərpa olunub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Laçın. Trend:

Laçında bütün dövlət qurumlarının fəaliyyəti bərpa olunub.

Trend-in Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.

"Ötən gün Prezident İlham Əliyev tərəfindən bir sıra infrastruktur və sosial təyinatlı layihələrin həm açılışı edildi, həm də təməli qoyuldu. Onlardan birincisi Laçın şəhərinə yaxın ərazidə yerləşən Bəylik kəndidir. Ötən gün 10 ailənin mənzillərinin açarları təqdim olundu. Ümumilikdə isə 91 ailənin məskunlaşdırılması planlaşdırılır.

Artıq Laçın şəhəri də daxil olmaqla, Sus, Zabux kəndləri tamamilə yenidən qurulub. Bütün kommunal infrasturktura əlçatanlıq tamamilə təmin olunub. Yol infrasturkturu tamamilə yenidən qurulub. Yaxın zamanlarda Laçının növbəti qəsəbə və kəndlərinin bərpası və tamamilə yenidən qurulması nəzərdən keçirilib.

Güləbird kəndi ətrafında yerləşən ərazidə təxminən 40 milyon kubmetr tutuma malik olan su anbarı istifadəyə verilib. İlkin olaraq təsərrüfat suvarılması üçün nəzərdən keçirilir. Müvafiq qurum tərəfindən artıq istifadədir.

Dünən Bəylik kəndinə köçürülən 25 sakini də nəzərə alsaq indiyədək Laçın şəhərində 3 153 sakin məskunlaşıb. Sakinlərin məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirilir.

Dünənki açılışda məşğulluğa bağlı olan əsas iki obyekt var idi. Zerti kəndində yerləşən eyniadlı Aqrosənaye Parkında, Pirşağı Ayaqqabı Fabrikinin Laçın filialında və "Latifa" Tekstil Fabrikində 40-dan çox sakinin məşğulluğu təmin olunub. Bu sakinlər həmçinin təlimlərə cəlb edilirlər. Minimum əməkhaqqı nəzərə alınmaqla bu məsələlərə diqqət yetirilir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti