Bakı. Trend:
Beynəlxalq Pensiya və Sosial Fondların (BPSF) genişləndirilməsi və yeni iştirakçıların cəlb olunması istiqamətində mütəmadi iş aparılır.
Trend xəbər verir ki, bunu Beynəlxalq Pensiya ve Sosial Fondlar Assosiasiyasının sədri Zəka Mirzəyev "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Təşkilat digər beynəlxalq və ictimai strukturlarla – məsələn, Beynəlxalq sosial təminatı assosasiyası, Avrasiya İqtisadi Komissiyası və Ümumdünya Həmkarlarİttifaqları Konfederasiyası ilə sıx əməkdaşlığa xüsusi önəm verir. Hazırda bu tərəfdaşlarla fəal şəkildə birgə iş aparılır”, -deyə o bildirib.
Mirzəyev qeyd edib ki, BPSF 33 illik fəaliyyəti dövründə MDB ölkələrinin pensiya və sosial fondları arasında təcrübə mübadiləsi və əməkdaşlığın gücləndiirlməsi üçün böyük bir platformaya çevrilir.
“Assosasiya fəal şəkildə inkişaf etməyə davam edir və sosial təminat sahəsində cəmiyyətin dəyişən tələbatları və sorğularını nəzərə alaraq öz fəaliyyətini genişləndirir”, -deyə o sonda bildirib.