Bakı. Trend:
Bu gün Naxçıvanda Qlobal İnformasiya Mühiti və Media Trendləri”
Konfransı – “MEDİAFEST-2025”keçirilir. Konfrans çərçivəsində
Naxçıvan televiziyası Azerspace-1" peykində (11135 Horizontal
30000) yayıma başlayıb.
Trend xəbər
verir ki, Naxçıvanda keçirilən tədbirdə ölkənin tanınmış media
nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad
Nəcəfli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin
İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət
Səttarov,
Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.