Bakı.Trend:
Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək
Bu barədə Trend-ə Məktəbəqədər və Ümmitəhsil üzrə Təhsil Agentliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, 13 iyun 2025-ci il tarixində rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar avtomatik olaraq 1-ci sinfə yerləşdiriləcək.
17 iyun 2025-ci il saat 11:00-dan etibarən isə tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədə uğur qazanan uşaqlar üçün məktəb və müəllim seçimi prosesinə start veriləcək.
Qeyd edək ki, 1 may 2025-ci il tarixində başlayan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçirilir və 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.