...

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis TƏYİNATI

Cəmiyyət Materials 23 İyul 2025 16:38 (UTC +04:00)
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis TƏYİNATI
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edilib.

Trend-in məlumatına görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə bu vəzifə Sahib Rzayevə tapşırılıb.

Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti