...

Bu ilin yeddi ayında azad edilmiş ərazilərdə özünüməşğulluq proqramı ilə təsərrüfat quranların sayı AÇIQLANIB

Cəmiyyət Materials 11 Avqust 2025 09:00 (UTC +04:00)
Bu ilin yeddi ayında azad edilmiş ərazilərdə özünüməşğulluq proqramı ilə təsərrüfat quranların sayı AÇIQLANIB
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Doğma yurdlarına köçürülmüş sakinlərdən bu ilin ötən dövründə daha 80-dək şəxs özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını qurub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən ümumilikdə ötən dövrdə 414 şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilib:

"Verilmiş aktivlər hesabına onlar istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə kiçik bizneslərini qurublar".

"Qeyd edək ki, proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla bitirən proqram iştirakçıları sonda aktivlərlə təmin olunurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti