Bakı. Trend:
Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam yarımadanın bəzi yerlərində arabir yağış yağacağı,
şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam arabir
güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +21 dərəcədən +24 dərəcəyədək, gündüz +29
dərəcədən +34 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə
sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil
edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli
intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi
dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə
arabir güclənəcək.
Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +30
dərəcədən +35 dərəcəyədək, dağlarda gecə +12 dərəcədən +17
dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.