...

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan edildi

Cəmiyyət Materials 11 Avqust 2025 15:03 (UTC +04:00)
Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 905 namizəddən 4 nəfər imtahana gəlməyib. Namizədlərdən 610 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 13-dən 17-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya komissiyasına 12 avqust saat 10:00-dan 13 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti