Ağdam. Trend:
Çalışırıq ki, binanı müqavilədə göstərilən müddətdə təhvil verək.
Trend xəbər verir ki, bunu media nümayəndələrinə müsahibəsində Ağdamda fəaliyyət göstərən tikinti şirkətinin direktoru Mirzə Məcnunov deyib.
O bildirib ki, hazırda tikinti-quraşdırma işləri gedir.
"Bəzi binaların fasadında hörgü işləri aparılır. Daxildə kərpicdən hörgü, binanın damında paraped işləri gedir. Dəmir-beton konstruksiyalı binaların bəziləri tamamlanmaq üzrədir. Digərlərinin beşinci və altıncı mərtəbələrində işlər davam edir. Binanın zirzəmisində hörgü və suvaq işləri aparılır.
Binanın zirzəmisində hörgü işləri gedir. Burada maşın dayanacağı olacaq. Hər bir binadayük və sərnişin lifti nəzərdə tutulub. Göründüyü kimi, binanın ətrafında kipləşdirmə işləri gedir. Çalışırıq ki, binanı müqavilədə göstərilən müddətdə təhvil verək", - deyə o əlavə edib.