...

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı Norveç hökumətinə bəyanat ünvanlayıb

Cəmiyyət Materials 12 Avqust 2025 17:57 (UTC +04:00)
Norveç Azərbaycanlıları Gənclər Təşkilatı Norveç hökumətinə bəyanat ünvanlayıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təsisçisi Ramil Əliyev Norveç hökumətinə Azərbaycanın işğaldan azad olunan ərazilərindəki mövcud vəziyyətlə bağlı bəyanat ünvanlayıb.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, o, Şuşa, Xankəndi və Laçın şəhərlərinə səfər etdiyini, həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin şahidi olduğunu vurğulayıb.

"Uzun illər davam edən erməni işğalı nəticəsində dağıdılan və ciddi ekoloji terrora məruz qalan bu bölgələrdə aparılan işlərin Azərbaycanın sülhə, dayanıqlı inkişafa və regional sabitliyə sadiqliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Bəyanatda Norveç hökumətinə və beynəlxalq ictimaiyyətə bu reallıqları nəzərə almağa, Azərbaycanla bağlı müzakirələr və qərar proseslərində balanslı və ədalətli mövqe sərgiləməyə çağırış edilib",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti