...

Sabah Bakının bu rayonlarında qaz kəsiləcək

Cəmiyyət Materials 13 Avqust 2025 20:34 (UTC +04:00)
Sabah Bakının bu rayonlarında qaz kəsiləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabah saat 10:00-dan etibarən Bakının Xəzər, Qaradağ və Səbail rayonları ərazisində qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir işləri ilə əlaqədardır.

Belə ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti