...

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin toplantısı keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2025 11:40 (UTC +04:00)
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin toplantısı keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Köln şəhərindəki Azərbaycan Evində Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin toplantısı keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Alyansın İdarə Heyətinin sədri Altay Rüstəmli Almaniyada yaşayan həmvətənlərimizin birliyindən və milli dəyərlərimizin qorunması istiqamətində görülən işlərdən danışıb, bu ölkədəki diaspor təşkilatlarını birləşdirən Alyansın fəaliyyəti barədə hesabatla çıxış edib.

Toplantıda iştirak edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində diaspor fəaliyyətinin yeni, daha yüksək inkişaf mərhələsinə yüksəldiyini qeyd edib. Alyansın gördüyü işlərlə bağlı fikrini bildirən komitə sədri xaricdə yaşayan soydaşlarımızın milli maraqlar ətrafında sıx birləşməsinin, diaspor təşkilatlarının fəaliyyətinin mərkəzləşdirilməsinin və görülən işlərin sistemliliyinin əhəmiyyətini diqqət mərkəzinə gətirib.

Müzakirələr zamanı bildirilib ki, həmvətənlərimizin bu proseslərdə göstərdikləri fəallıq və təşəbbüskarlıq Azərbaycan diaspor hərəkatının inkişafında mühüm rol oynayır, icmalaşma prosesi güclənir, diaspor təşkilatlarının qərar qəbuletmə bacarıqları sürətlə inkişaf edir.

Toplantı Alyansın bundan sonrakı fəaliyyətinə, ümumilikdə diasporun inkişafına təkan verə biləcək istiqamətlər üzrə fikir mübadiləsinin aparılması və perspektivə dair təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti