...

Nazir Rəşad Nəbiyev Beyləqanda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2025 10:50 (UTC +04:00)
Nazir Rəşad Nəbiyev Beyləqanda vətəndaşları qəbul edib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 13 noyabr tarixində Beyləqan şəhərində İmişli, Saatlı, Sabirabad, Xocavənd və Beyləqan rayonlarının sakinlərini qəbul edib.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.

Bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda noyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti