...

Azərbaycan rəqəmsal bacarıqlar üzrə aparıcı ölkələrdən birinə çevrilir - Nikolaz Foucaud

Cəmiyyət Materials 2 Dekabr 2025 10:45 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan rəqəmsal bacarıqlar üzrə aparıcı ölkələrdən birinə çevrilir.

Trend xəbər verir ki, bunu bu gün "Coursera" şirkətinin EMEA regionu üzrə İcraçı direktoru Nikolaz Foucaud İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası – Milli Proqram”ın yarımillik nəticələrinə dair təqdimat zamanı bildirib.

Onun sözlərinə görə, əsas hədəf istifadəçilərə real bacarıqlar qazandırmaqdır:

"Son üç ay ərzində Almaniya, ABŞ, Qatar kimi bir çox ölkələrdə oldum və müxtəlif ölkələrin inkişaf istiqamətləri və gələcək bacarıqları ilə bağlı müzakirələr apardıq. Bu söhbətlər zamanı bir ölkə məndə xüsusi maraq doğurub. Həmin ölkə Azərbaycandır və məhz bu səbəbdən ailəmin də Azərbaycana gəlib, bu ölkəni görməsini istədim.

Hazırda Coursera platformasında 13 ildən artıq təcrübə mövcuddur və fəaliyyət ilk olaraq kurslarla başlayıb. Lakin artıq platforma yalnız kurslar təqdim etməklə kifayətlənmir, əsas hədəf istifadəçilərə real bacarıqlar qazandırmaqdır. Vurğulamaq istərdim ki, istifadəçilər olmadan heç bir təşəbbüs uğurlu ola bilməz".

O əlavə edib ki, dünya artıq ənənəvi kurslardan kənara çıxaraq innovasiyalara yönəlir. Azərbaycan bu prosesdə aparıcı ölkələr sırasında yer alır. Eyni zamanda, yerli universitetlər də bu istiqamətə böyük maraq göstərir. Buna baxmayaraq, görüləsi işlər hələ də çoxdur.

"2030-cu ilə qədər dünya üzrə hər 100 işçidən 59-u yenidən təlim keçməlidir. Onlardan 11-i isə rəqəmsallığa əlçatanlığın olmaması səbəbilə təlimlərə cəlb oluna bilməyəcək. Ekspertlərin fikrincə, süni intellekt qeyri-bərabərliyi daha da dərinləşdirə bilər. Bu səbəbdən rəqəmsal texnologiyaların inkişafı iş yerlərində bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır."

Layihəmizin əsas vizyonu az sayda tələbə ilə onlayn kurslara təşviqlə başlasa da, hazırda bu təşəbbüs geniş auditoriyanı əhatə edir. Son 12 il ərzində layihə 400 tələbədən 191 min istifadəçiyə qədər böyüyüb", - o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti