...

Ötən il Azərbaycanda ev telefonlarının sayında nə qədər azalma qeydə alınıb? - STATİSTİKA

Cəmiyyət Materials 10 Dekabr 2025 18:18 (UTC +04:00)
Ötən il Azərbaycanda ev telefonlarının sayında nə qədər azalma qeydə alınıb? - STATİSTİKA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Son illərdə Azərbaycanda ənənəvi ev telefonlarına maraq nəzərəçarpacaq dərəcədə azalıb. Rabitə infrastrukturunun inkişafı, mobil telefonların əlçatanlığının artması, internet üzərindən zəng xidmətlərinin geniş yayılması sabit telefonlara olan tələbatı minimuma endirib. Bir vaxtlar hər bir evin əsas ünsiyyət vasitəsi sayılan stasionar telefonlar bu gün artıq daha çox formal və ya xüsusi hallarda istifadə olunan bir rabitə növünə çevrilib.

Bəs, ötən il Azərbaycanda ev telefonlarının sayında nə qədər azalma qeydə alınıb?

Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycanda 2024-cü il üzrə sabit şəbəkə telefonları (ev telefonları) istifadəçilərinin sayında azalma müşahidə edilib.

“2024-cü ildə mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 2023-illə müqayisədə 213,8 00 nömrə azalıb”, - qurumdan əlavə edilib.

Komitədən qeyd ediılib ki, 2024-cü ildə mənzillərdə sabit şəbəkə telefonlarının sayı 1 milyon 95 min 200 olub. 2023-cü ildə isə bu rəqəm 1milyon 309 min təşkil edib.

Qeyd edək ki, sabit telefonlar artıq əsas ünsiyyət vasitəsi kimi istifadə olunmur və yalnız müəyyən hallarda, formal məqsədlər üçün istifadə edilir.

Ötən illərin statistikasına baxdıqda, ev telefonlarının sayında əhəmiyyətli azalma müşahidə olunur. Bu da göstərir ki, stasionar telefonlar getdikcə gündəlik həyatda rolunu itirir və müasir rabitə texnologiyalarının üstünlüyü daha aydın görünür. Beləliklə, bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti