...

STEAM təhsili artıq 300 mindən çox şagirdi əhatə edir - Nazir müavini

Cəmiyyət Materials 9 Dekabr 2025 10:45 (UTC +04:00)
STEAM təhsili artıq 300 mindən çox şagirdi əhatə edir - Nazir müavini
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkədə aparılan islahatlar Azərbaycan təhsilindən, ümumi təhsil sistemindən də yan keçmir.

Trend xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün Bakıda keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransın açılışında səsləndirib.

O qeyd edib ki, son 20 il ərzində ölkə başçısının diqqət və qayğısı nəticəsində həyata keçirilən proqramlar çərçivəsində ölkə ərazisində 3600-dən çox ümumi təhsil müəssisəsi ya yenidən inşa edilib, ya da əsaslı şəkildə təmir olunmub:

“Görülən bu işlərin nəticəsində 1,3 milyondan çox şagirdimizin təlim və təhsil şəraiti yaxşılaşdırılıb. Eyni zamanda, son illərdə təhsil sistemi üçün vacib olan mühüm strategiyalar və dövlət proqramları qəbul olunmuşdur. Təhsil xərclərinin həm dövlət büdcəsindəki payı, həm də ÜDM-dəki payı artan dinamika ilə davam edir ki, bu da bizi sevindirir. Məzmun islahatlarının bir parçası kimi STEAM təhsili artıq 300 mindən çox şagirdi əhatə etməkdədir. “Rəqəmsal bacarıqlar” layihəsi üzrə isə 500 mindən çox şagirdi əhatə edirik”.
Nazir müavini bildirib ki, ölkənin 400-dən çox məktəbində müasir metodik xidmətin tətbiqinə başlanılıb.

2000-dən çox məktəbdə yenilənmiş monitorinqlər aparılır. Eyni zamanda, Azərbaycan müəllimləri üçün vacib olan 80 mindən çox şəxsin stratifikasiyası həyata keçirilib. Sertifikasiyadan keçən müəllimlərin bir hissəsinin əməkhaqqı 35%, digər hissəsinin isə 10% artırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti