...

Son dövrlərdə ölkəmizdə sənaye müəssisələrinin metroloji baxışı dəyişib - Xamis Seyranov

Cəmiyyət Materials 10 Dekabr 2025 12:08 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Son dövrlərdə ölkəmizdə sənaye müəssisələrinin metroloji baxışı xeyli dəyişib.

Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov Bakıda keçirilən Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsində panel müzakirəsi zamanı çıxış edərkən deyib.

O qeyd edib ki, sənayedə təhlükəsizliyə təhdid yarada biləcək hər hansı bir riskin vaxtında aşkar olunması və qarşısının alınması, ilk növbədə nəzarətdə saxlanılan ölçmə vasitələrinin düzgün işləməsindən asılıdır:

“Metrologiya sənaye sahələrində istifadə olunan müxtəlif təyinatlı və müxtəlif ölçülü ölçmə vasitələrinin düzgün və etibarlı şəkildə fəaliyyət göstərməsini təmin edən sahədir. Sevindirici haldır ki, son dövrlərdə ölkəmizdə sənaye müəssisələrinin metroloji baxışı xeyli dəyişib və inkişaf edib. Azərbaycan Metrologiya İnstitutu isə dövlət etalonlarının saxlayıcısı və bu sahədə kalibrləmə və yoxlama fəaliyyətini həyata keçirən səlahiyyətli qurum kimi müəssisələrə göstərdiyi xidmətləri genişləndirib. Bu xidmətlərin əlçatan olması bizi xüsusilə sevindirir”.

X.Seyranov vurğulayıb ki, metroloji xidmətlərin mövcudluğu sənaye müəssisələri üçün son dərəcə vacibdir. Bu vacibliyin səbəbi yalnız keyfiyyətin təmin edilməsi və ya təhlükəsizliklə bağlı deyil:

“Metrologiya həm də müəssisələr üçün əlverişlilik və idarəetmə baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, müəssisə ölçmə vasitələrinin düzgün və dəqiq işləməsi nəticəsində əldə edilən məlumatlara əsaslanaraq vaxtında düzgün biznes qərarları qəbul edə bilir. Müəssisə dəqiq bilir ki, nə qədər məhsul istehsal olunub, nə qədər məhsul təqdim edilib, istehsal etdiyi məhsul hansı keyfiyyətdədir və atdığı addımlar beynəlxalq standartlara və qanunvericiliyin tələblərinə uyğundur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti