Bakı. Trend:
Azərbaycana idxal olunan kvadrisikllər aksizli malların siyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, kvadrisikllərin mühərrikin həcminin hər kubsantimetrinə görə 0,5 manat aksiz dərəcəsi tətbiq olunacaq.
