Yanvarın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin 2-dən 3-nə keçən bəzi şəhərətrafı ərazilərdə az
yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim
cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti
olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 769 mm civə
sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı,
qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti,
dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta,
gündüz 3-7° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı
ehtimalı var.
