Xankəndi. Trend:
Yurduma qayıtdığım üçün çox sevincliyəm.
Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Xankəndiyə qayıdan şəhər sakini Kamran Nəsirov deyib.
O bildirib ki, gənclik illərində yaşadığı şəhərə, ahıl çağında qayıtdığı üçün çox qürurludur:
"Bu şəhər mənim doğma yaşadığım şəhərdir. Buradakı muzeylər, ağaclar, hamısı əzizdir. Mənim günlərim bu torpaqlarda keçib.
Şadam ki, artıq qaçqın deyiləm. Bu qələbə elə hissdir ki, hər yerdə Azərbaycanlının başını dik tutur. Biz qələbə qazanmış qəhrəmanlarıq. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə isə can sağlığı arzulayıram".
