Bakı.Trend:
Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyinat olub.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib.
Bununla bağlı Baş Prokuror Kamran Əliyevin müvafiq əmr imzalayıb.
