...

Azərbaycan təhsil sistemində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar mövcuddur - Mətin Kərimli

Cəmiyyət Materials 5 Fevral 2026 14:30 (UTC +04:00)
Azərbaycan təhsil sistemində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar mövcuddur - Mətin Kərimli
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan təhsil sistemində süni intellektin tətbiqi üçün çoxsaylı imkanlar mövcuddur.

Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Bakıda keçirilən "Qoşulmama Hərəkatının Gənclər Həftəsi" adlı tədbirdə çıxışında deyib.

“Biz süni intellekt alətlərindən istifadə etməklə rəqəmsal tədris platformasını işə salmışıq və Azərbaycan təhsil sistemində geniş imkanlar görürük. Bu, dağlıq və ucqar ərazilərdə yaşayan uşaqlar üçün dərslərin təşkili, məktəbəqədər hazırlıq, müəllim hazırlığı, biliklərin qiymətləndirilməsi prosesi kimi sahələri əhatə edir”, – deyə o qeyd edib.

M. Kərimli vurğulayıb ki, süni intellekt təhsil üçün böyük perspektivlər açır:

"Bununla yanaşı, bu proses texniki imkanlar, infrastrukturun inkişafına ciddi investisiyalar və ən əsası düşüncə tərzinin hazırlanmasını tələb edir".

Onun sözlərinə görə, bu gün süni intellektin təhsil sistemində tətbiqi ilə bağlı müəyyən qorxular mövcuddur, lakin bir çoxları bunu böyük imkanlar kimi də qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti