Bakı. Trend:
Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq müəssisələrində apardığı monitorinqlər nəticəsində "Orbita” özəl uşaq bağçasının fəaliyyətinin qeyri-qənaətbəxş olduğu aşkarlanıb.
Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr Bahar Muradova bu gün Bakıda Komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair keçirilən hesabat tədbirində bildirib.
Onun sözlərinə görə, "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”na əsasən Monitorinq qrupu tərəfindən 15 dövrü və 2 növbədənkənar olmaqla ümumilikdə 17 uşaq müəssisəsində monitorinq aparılıb:
"Onlardan 13-nün fəaliyyəti qənaətbəxş, 3-nün fəaliyyəti qismən qənaətbəxş, 1 müəssisənin fəaliyyəti isə qeyri-qənaətbəxş hesab edilib. Monitorinqlərin nəticələri barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib",-komitə sədri qeyd edib.
