...

İRAN VƏ AZƏRBAYCANIN REGİONLARI SƏHİYYƏ VƏ SANİTAR-EPİDEMİOLOJİ XİDMƏT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ EDƏCƏK

Cəmiyyət Materials 21 İyul 2005 16:02 (UTC +04:00)

Azərbaycan və İranın regionları infeksiyalı və təhlükəli xəstəliklərlə mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirəcək. AR səhiyyə nazirliyində Trend agentliyinə bildirilib ki, bu razılaşma İran ostanlarının və Azərbaycan regionlarının səhiyyə, sanitar-epidemioloji idarələri və tibbi-təhsil müəssisələri nümayəndələrinin görüşündə əldə olunub.

Görüş İranın sərhədində olan Biləsuvar (Ərdəbil) ərazisində keçirilib.Azərbaycan nümayəndə heyətinə məsləhətləşmələrdə səhiyyə nazirinin müavini Adil Kərimov başçılıq edib, İran tərəfinə isə Şərqi-Qərbi Azərbaycan, Ərdəbil və Gilan ostanlarının nümayəndələri daxil olub.

Tərəflər xüsusilə malyariya, vərəm, məxmərək, qızılca və SPİD kimi xəstəliklərlə mübarizədə Azərbaycan və İran səhiyyə və sanitar-epidemioloji xidmətinin birgə mübarizə yollarını müzakirə edib.İran və Azərbaycan tibb müəssisələri və səhiyyə idarələri arasında təcrübə, eləcə də iki ölkənin sərhəd ərazilərində epidemioloji və digər xəstəliklərə dair məlumat mübadiləsi barədə razılaşma əldə olunub.

Xəbər lenti

Xəbər lenti