...

MDB ÖLKƏLƏRİNİN I BEYNƏLXALQ İDMAN OYUNLARININ PROQRAMI DƏQİQLƏŞDİRİLİB

Cəmiyyət Materials 22 Sentyabr 2005 16:34 (UTC +04:00)

MDB ölkələrinin sentyabrın 24-27-də Bakıda keçiriləcək I Beynəlxalq idman oyunlarının proqramı dəqiqləşdirilib. AR gənclər, idman və turizm nazirliyinin informasiya idarəsinin rəisi Raqif Kərimov Trend ə bildirib ki, tədbir sentyabrın 24-də saat 10.00-da Milli Olimpiya Komitəsinin binasında keçiriləcək beynəlxalq elmi-praktik konfransla açılacaq.

Saat 16.00-da iştirakçılar və qonaqlar Şəhidlər Xiyabanını və Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin qəbrini ziyarət edəcək.Oyunların təntənəli açılışı saat 17.00-da Əl oyunları sarayında olacaq.Sentyabrın 26-da 3000 nəfərin iştirakı ilə Şəhidlər xiyabanından "Azadlıq" meydanınadək "Həyat tərzinin sağlamlığı uğrunda"devizi altında yürüş keçiriləcək.

R.Kərimovun sözlərinə görə, yarış iştirakçıları və qonaqlar Bakıya sentyabrın 21-dən gəlməyə başlayıb.Yarışlarda idmanın 10 növü üzrə (voleybol, daşoynatma idmanı, darts, atletika, futzal - mini-futbol, stolüstü tennis, üzgüçülük, streetball - mini-basketbol və s.) 10 xarici ölkədən 400 idmançı və Azərbaycandan 800 idmançı iştirak edəcək.İki dəfə Sovet İttifaqı qəhrəmanı, kosmonavt Aleksey Leonovun baş hakim olacağı hakimlər briqadasının başçılığı ilə keçiriləcək spartakiadada medallar uğrunda qadınlar və kişilər (fərdi şəkildə), həmçinin idmançı ailələri mübarizə aparacaq.

Qonaqların siyahısında MDB-nin icraçı katibi Vladimir Ruşaylo, RF beynəlxalq həmkarlar konfederasiyasının prezidenti Sergey Raqotin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksey Leonov, MDB ölkələri gənclər və idman işləri üzrə dövlət idarələrinin rəhbərləri, tanınmış veteran idmançıların adı vardır.

Rəsmi nümayəndə heyətində prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti