...

Cudoçu Kifayət Qasımova Avropa birinciliyinin bürünc medalını qazanıb

Cəmiyyət Materials 22 Noyabr 2005 18:54 (UTC +04:00)

Azərbaycanın cudo üzrə yığması Kiyevdə başa çatmış gənclər arasında Avropa birinciliyində bir bürünc mükafat qazanıb.

Trend bildirir ki, yeganə medalı komandanın aktivinə 57 kq-dək çəki dərəcəsində çıxış edən Kifayət Qasımova gətirib. İdmançımız ilk iki görüşdə qalib gəlib, amma üçüncü çıxışda alman Marlen Hayna məğlub olub. Amma K.Qasımova Polşadan olan Marqojat Belak üzərində qələbə qazanmağa nail olaraq üçüncü olub.Diqqətəlayiqdir ki, Sloveni yada keçirilən ötən birincilikdə Kifayət qızıl medal qazanıb, amma Ukraynada öz titulunu saxlaya bilməyib.

Medallar uğrunda Zaur Bağırlı (60 kq) və Namiq Sultanov (66 kq) mübarizə aparıb, amma yarımfinalda məğlub olaraq beşinci yeri tutublar.

Xəbər lenti

Xəbər lenti