Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatında "Sosial-iqtisadi və əmək hüquqlarının müdafiəsində ombudsmanın həmkarlar ittifaqları ilə əməkdaşlığı" mövzusunda dəyirmi masa keçirilib. Trend xəbər verir ki, dəyirmi masada Həmkarlar İttifaqları Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, QHT nümayəndələri iştirak ediblər.
Ombudsman Elmira Süleymanova "Sosial və iqtisadi, o cümlədən əmək hüquqlarının müdafiəsində ombudsmanın rolu" mövzusunda məruzə edib. O, ölkədə əhalinin əmək hüquqlarının və sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığını bildirib.
Dəyirmi masada çıxış edənlər dövlətin əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların, əlillərin, qaçqın və məcburi köçkünlərin, hərbi qulluqçuların sosial-iqtisadi problemlərinin həllinə yönəldilmiş fəaliyyətini yüksək qiymətləndiriblər.