...

"Bakı Poladtökmə" Açıq Tipli Səhmdar Cəmiyyətinin sahiblərinin appeləsiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 19 Dekabr 2005 17:42 (UTC +04:00)

Dekabrın 19-da Azərbaycan Respublikası Appelyasiya məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə "Bakı Poladtökmə" Açıq Tipli Səhmdar Cəmiyyətinin (ATSC) sədri Nurəddin Zülfüqarlının və onun qardaşı Loğman Zülfüqarlının appelyasiya şikayətinə baxılıb. Bu barədə Trend ə Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov məlumat verib.

Vəkilin sözlərinə görə, Appelyasiya şikayəti Zülfuqarlı qardaşlarının barəsindəki həbs qətiimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub. Lakin məhkəmə şikayəti təmin etməyib və barələrində seçilmiş 3 aylıq həbs qəti imkan tədbirini qüvvəsində saxlayıb.

Qeyd edək ki, Zülfüqarlı qardaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2 (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham olunurlar.

Nurəddin Zülfüqarlıya qarşı irəli sürülən ittiham ondan ibarətdir ki, guya o, Bakı şəhər sakini Afət Əliyevanı hədələyərək sonuncudan külli miqdarda pul tələb edib. Lakin qeyd edim ki, Afət Əliyevanın rəhbəri olduğu "Palma" İstehsalat Kommersiya firmasının "Bakı Poladtökmə" Açıq Tipli Səhmdar Cəmiyyətinə külli miqdarda borcu olub. 2002-ci ildə İqtisad Məhkəməsi həmin məbləğin "Palma" İstehsalat Kommersiya firmasından tutularaq "Bakı Poladtökmə" ATSC-nin hesabına keçirilməsi barədə qərar çıxarıb. Afət Əliyeva qərarı icra etməkdən yayınmaq məqsədilə "Bakı Poladtökmə" ATSC-nin sədri barədə hüquq-mühafizə orqanlarına saxta şikayətlər edib.

Xəbər lenti

Xəbər lenti