...

Ombudsman Elmira Süleymanova Vyanada görüşlərə dəvət alıb

Cəmiyyət Materials 25 May 2006 20:43 (UTC +04:00)

İyunun 11-13-də Vyanada Avropa ombudsmanlarının görüşü keçiriləcək. Trend in verdiyi məlumata görə, Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova Beynəlxalq Ombudsmanlar İnstitutu regional təşkilatından bu tədbirdə iştirak etmək üçün dəvət alıb.

Tədbirdə ombudsman institutlarının insan haqlarının müdafiəsində rol və funksiyaları müzakirə olunacaq, eləcə də fikir və təcrübə mübarizəsi aparacaq. Avropa ombudsmanlarının səlahiyyətləri, demokratik inkişaf yolu seçmiş Avropa ölkələrinin ombudsmanları institutlarının rolu üzrə dinləmələr keçiriləcək.

Eləcə də Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberqin "Avropada insan haqlarının tətbiqi" üzrə məruzəsi dinləniləcək. E.Süleymanovanın da Azərbaycanda insan haqları üzrə aparılan işlərlə bağlı məruzə edəcəyi də gözlənilir. Səfər çərçivəsində onun Avstriyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti